Ana:
-Bala,tez ol, məktəbə gecikirsən!
-Eybi yoxdur,ana, məktəb bütün günü açıqdır.
------------------------------------
Bir nəfər özünü təngənəfəs polis idarəsin çatdırır və deyir:
-Arvadımı vurmuşam, xahiş edirəm məni həbs edəsiniz !
-Öldürmüsünüz ?
-Yox əşi heç bir cızıq da yoxdur!
-Onda gedə bilərsiniz
-Necə gedim axı! Görmürsünüz, qapının dalında dayanıb!
Dekanlığın yanından iki müəllim söhbətləşir:
-Əgər imtahanda heç olmasa bir dörd yazsam, bütün qrup məni əllərində gəzdirəcək!
-Əgər imtahanda heç olmazsa bir üç yazsam, bütün qrup məni əllərində gəzdirəcək !
Söhbəti eşidən dekan onlara yaxınlaşır:
-Əgər sizin ikinizi də işdən qovsam, bütün fakültə məni əllərində gəzdirəcək!
----------------------------
Arvad ərinə :
- Əzizim, qulluqçumuzun dediyinə görə o hamilədir!
-Yəqin o aldadır! Üç günlük hamiləliyi təyin edən həkim hələ tapılmayıb
Gəlin görür ki, təzə bəyin xoşuna gəlməyib, ondan soruşur:
-A kişi, mən kimə görünüm, kimə görünməyim?
Təzə bəy:
-Bir maa görünmə, qalan kimə itəyirsən görün.